📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SƏRT KARANTİN REJİMİ QAYIDA BİLƏR? - Operativ Qərargah rəsmisindən mühüm açıqlama + VİDEO

2022-05-11 12:17:00

SƏRT KARANTİN REJİMİ QAYIDA BİLƏR? - Operativ Qərargah rəsmisindən mühüm açıqlama + VİDEO

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanı ləğv etmədiyindən hər bir ölkə ehtiyatlı davranmaq məcburiyyətindədir. Bu ehtiyatlılıq cəmiyyətin hər bir üzvü üçün keçərlidir".

Bu sözləri Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "ARB24"də yayımlanan "Nə Baş Verir?" verilişində bildirib.

Onun sözlərinə görə, payız ayları koronavirus olduğu kimi başqa infeksiyalar üçün də yeni dalğa yaratmaq üçün təhlükə zamanıdır: "Həmin təhlükə ilə qarşılaşdığımız zaman əvvəlki qədər sərt karantin rejimlərinə keçilməyəcək".

Ətraflı videomaterialda izləyə bilərsiniz: