📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sertifikatlaşdırma pis ənənədir - Şahlar Əsgərov

2022-07-18 15:37:00

Sertifikatlaşdırma pis ənənədir - Şahlar Əsgərov

“Düşünürəm ki, heç bir nazirlik, o cümlədən də Təhsil Nazirliyi öz əməkdaşlarının peşəkarlığına şübhə ilə yanaşmamalı, əksinə onları himayə etməlidir.

Müdafiə Nazirliyi əsgər və zabitlərin, Səhiyyə Nazirliyi həkimlərin, Təhsil Nazirliyi də​ müəllimlərin qayğısına qalmalıdır. Bir halda qol çəkərək işə götürmüsən, imzana hörmət etməlisən".

Hurriyyet.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib

Onun sözlərinə görə, müəllimlər zaman–zaman (3-5 ildən bir) təkmilləşmədən keçməlidirlər ki, vəzifələrini uğurla yetirə yetirməlidir:

"Qüsurlar üzə çıxdıqda onları sertifikatlaşmadan keçirmək lazım deyil, təkmilləşdirməyə göndərmək lazımdır. Təkmilləşmə institutları yenidən bərpa olunmalıdır. Sertifikatlaşdırma adlı pis ənənəyə bünövrə qoymaq gərəksizdir. Məlumdur ki, I dünya dövlətlərində 2+2 = 4 edir. II dünya ölkələrdə də bu, belədir. Fərq bundadır ki, II dünya ölkələrində yadda "rüşvət" saxlanılır”.​