📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq: "Onun ailəsini tanıdığıma görə..."

2023-04-13 20:12:00

“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq:

Tikinti maqnatı, "Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu "Şərur” MTK-ya qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəməsi başlayır.

Hurriyyet.Az xəbər verir ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq.

İsfəndiya Axundov olayın təfərrüatlarını Qaynarinfo-ya açıqlayıb. Məlum olub ki, Rəşad Həsənov "Şərur” MTK-da komendant işləyib. O, təkcə İsfəndiyar Axundova deyil, 20-dən çox adama qarşı dələduzluq əməli törədib.

"Şərur” MTK-nın adından istifadə edərək 20-dən çox adamı aldadıb. Təkcə mənə qarşı 1 milyon manata yaxın dələduzluq edib”, deyə tikinti maqnatı bildirib.

İsfəndiyar Axundovun sözlərinə görə, Rəşad Həsənov tanıdığı şəxs olub: "Ailəsini də tanıyırdım. Ona görə işə götürmüşdüm. Amma dələduzluq etdi. Şirkətimizdə komendat işləməklə bərabər, həm də mebel müəssisəsinin rəhbəri idi. Onun ailəsini tanıdığıma görə etibar etmişdim. Amma etibarımdan su-istifadə edərək camaatı aldatdı”.

İsfəndiyar Axundov Rəşad Həsənovun 20-dən çox adama qarşı dələduzluq etdiyini bildirsə də, iş üzrə zərərçəkmiş kimi onun özü və "Şərur” MTK tanınıb.