Sərxoş halda qəza törədən polis polkovniki İŞDƏN ÇIXARILDI
2022-04-27 13:44:00
Polis polkovniki işdən çıxarılıb.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin rəis müavini, polis polkovnik-leytenantı Veysəl İbrahimov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
Onun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, V.İbrahimovun adı mətbuata yad deyil. Belə ki, o, 2015-ci ildə sərxoş vəziyyətdə qəza törətməsi ilə medianın gündəminə gəlmişdi.
V.İbrahimov həmin vaxt Səbail rayon Polis İdarəsində çalışırdı.
lent.az