📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq öldü

2023-06-21 09:58:00

Sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq öldü

Oğuzda sərxoş vəziyyətdə evinə gedən şəxs yıxılaraq ölüb.

Hurriyyet.az xəbər verir ki, Oğuz şəhər sakini, 05.09.1956-cı il təvəllüdlü Fazil Vahil oğlu Qafarov Oğuz şəhərində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhəri günü ailə üzvləri tərəfindən Şəki RMX PHŞ-nə aparılaraq tibbi yardım göstərilməsinə baxmayaraq, 20.06.2023-cü il tarixdə saat 17:15-də həmin xəstəxanada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.