“Səs Azərbaycan”ın iştirakçıları münsiflərdən yaxşı oxuyurlar” - Video
2025-03-06 22:54:06
Müğənni Emil Bədəlov açıqlaması ilə diqqət çəkib.
Hurriyyet.az Axşam.az-a istinadla xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan ifaçı "Səs Azərbaycan" müsabiqəsindəki iştirakçıların yarışmadakı münsiflərdən yaxşı oxuduqlarını deyib:
"Səs Azərbaycan" yarışması çox xoşuma gəlir. Sonuncu müsabiqədə istedadlı uşaqlar çoxdur. Maşallah, iştirakçılar münsiflər heyətindən yaxşı oxuyurlar. Uşaqlar biri-birindən yaxşı ifa edirlər. Mənə elə gəlir ki, onlar münsiflər heyətinin yerinə keçsinlər".
Qeyd edək ki, müsabiqənin münsifləri Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, bəstəkar-müğənni Murad Arif və "Avroviziya 2011" mahnı müsabiqəsinin qalibi Eldar Qasımovdur.