📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səsdən 2,8 dəfə sürətli! Hədəfi dəqiqliklə vurdu!

2022-01-12 12:38:00

Səsdən 2,8 dəfə sürətli! Hədəfi dəqiqliklə vurdu!

Hindistanla Rusiyanın birgə istehsalıdır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Hindistan səsdən 2,8 dəfə sürətli supersonik “BrahMos” qanadlı raketinin dəniz variantını uğurla sınaqdan keçirib. Bu barədə açıqlama Hindistanın Müdafiə Nazirliyinin “Tvitter” səhifəsində verilib: “Brahmos” supersonik qanadlı raketi bu gün “Visakhapatnam” esminesindən (eskadra mina gəmisi – red.) atılmışdır. Raket hədəfi dəqiqliklə vurub”.

“BrahMos” qanadlı raketinin adı Hindistanın Brahmaputra çayı ilə Rusiyanın Moskva çaylarının adlarının birləşməsindən götürülüb, silah iki ölkə tərəfindən birlikdə istehsal edilir. 

Hürr Tərcüman