📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ŞƏT-in Astana sammitində Belarusla bağlı qərar veriləcək

2024-03-14 18:10:47

ŞƏT-in Astana sammitində Belarusla bağlı qərar veriləcək

Hurriyyet.az xəbər verir ki, Belarus yaxın aylarda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olmağı planlaşdırır. Bu barədə məlumatı Belarusun xarici işlər naziri Sergey Aleynik ölkə jurnalistlərinə açıqlamasında verib.
Nazir deyib: "Bizim ŞƏT üzvü olmağımız prosesi yekun mərhələsindədir. Demək olar ki, bütün məsələləri razılaşdırmışıq. Yaxın aylarda tamhüquqlu üzv olacağımızı gözləyirik".
Nazirin sözlərinə görə, bu hadisənin ŞƏT-in növbəti, Astanada keçiriləcək sammitində reallaşacağı gözlənilir".
Hürr Tərcüman