Səudiyyə Ərəbistanı ballistik raket istehsal edir? Peykdən çəkiliş ABŞ-da şok yaratdı
Hurriyyet.az “Gazetevatan” portalına istinadən xəbər verir ki, “Wall Street Journal” nəşri Vaşinqtonun Yaxın Şərqdəki ən mühüm müttəfiqlərdən birinin də Çinlə əməkdaşlığa başlamasının ABŞ-da təlaşla qarşılandığını yazıb. Peykdən çəkilən görüntülər xəbəri təsdiqləyib.
Qəzet Çinə qarşı sanksiyaların qüvvəyə minəcəyini, lakin inşa edilən müəssisənin regiondakı silahlanma yarışını daha da gücləndirməsi və ABŞ-ın nüfuzunun getdikcə yoxa çıxması təlaşı yaratdığını yazıb.
ABŞ kəşfiyyatına yaxın mənbələrin bildirdiyinə görə, Səudiyyə Ərəbistanı Çin ordusundan həssas raket texnologiyası idxal edib və öz ballistik raketlərini istehsal eləməyə başlayıb.
Nəşrin yazdığına görə, bu ilin baharında ABŞ kəşfiyyat təşkilatları Çinin Birləşmiş Ərəb Əmirliklərində də gizli şəkildə hərbi müəssisə inşa etdiyindən xəbər tutublar.
Hürr Tərcüman