Səudiyyə Ərəbistanı Çinin çətiri altına girmək üzrədir-Ər-Riyad Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa qərar verdi
Səudiyyə Ərəbistanı Çinin lider olduğu güclü regional təşkilat olan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa daha bir addım yaxınlaşdı.
Belə ki, rəsmi Səudiyyə Mətbuat Agentliyinin açıqlamasına görə, Nazirlər Kabineti kral Salman bin Əbduləzizin rəhbərliyi ilə keçirilən çərşənbə axşamı günü toplantısında ŞƏT-da dialoq tərəfdaşı olmaq mövzusunda razılaşma imzaladı.
Avrasiyanın siyasi, iqtisadi və təhlükəsizlik üzrə alyansı dünyada tərkibinə səkkiz üzv dövlətin, o cümlədən də Türkiyənin daxil olduğu dörd dövlətin müşahidəçi statusunda daxil olduğu iri regional qurum kimi tanınır. Pakistan ilə Hindistan 2017-ci ildə quruma tamhüquqlu üzv olublar. İran ŞƏT-ə 2005-ci ildən müşahidəçi statusunda daxil olsa da, 2021-ci ildən tamhüquqlu üzv kimi qurumun tərkibinə daxil edilib.
Ülviyyə, Hurriyyet.az