📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı hava məkanını İsrailə açır - Bayden birbaşa səfər edən ilk ABŞ Prezidenti olacaq

2022-07-15 18:52:00

Səudiyyə Ərəbistanı hava məkanını İsrailə açır - Bayden birbaşa səfər edən ilk ABŞ Prezidenti olacaq

Hurriyyet.az xəbər verir ki, ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına səfərindən əvvəl rəsmi Riyad hava məkanını İsrail təyyarələri də daxil olmaqla bütün sərnişin nəqliyyatının üzünə açmağı qərara aldığını bəyan edib.

ABŞ Prezidenti Co Bayden dünən İsrail və Fələstindən sonra Yaxın Şərq səfərinin ikinci dayanacağı olan Səudiyyə Ərəbistanına yollanacağını bildirərək söyləmişdi: “Sabah (15 iyul 2022) İsraildən birbaşa Ciddəyə, Səudiyyə Ərəbistanına uçan ilk Amerika Prezidenti olacağam. Bu, mühüm irəliləyişin rəmzidir. Sabah Səudiyyə rəhbərliyi ilə görüşümdə birbaşa mesaj vermiş olacağam – bütün bölgəyə və açığı, bütün dünyaya sülh və daha sabit fürsətlər gətirəcək fövqəladə mesaj”.

Hürr Tərcüman