📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşma başlanır

2022-07-22 14:42:00

Səudiyyə Ərəbistanı ilə İran arasında  yaxınlaşma başlanır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, iki ölkə arasında danışıqların “siyasi mərhələsi” başlanmaq üzrədir.

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İran dövlət televiziyasındakı çıxışında, 2021-ci ilin aprelində Səudiyyə Ərəbistanı ilə İran arasında başlanan təmasların müsbət məcrada irəlilədiyini, Ər-Riyadın Tehrana münasibətləri normallaşdırmaq üçün aparılan danışıqları “ümumi siyasi müzakirələr mərhələsinə” keçirməyə hazır olduğunu bildirdiyini söyləyib. Danışıqların beş mərhələsi artıq geridə qalıb, tərəflər təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Danışıqlarda vasitəçi rolunu oynayan İraq rəhbərliyi Səudiyyə Ərəbistanının artıq siyasi müzakirələr mərhələsinə hazır olduğunu İrana çatdırıb.

Nazir onu da qeyd edib ki, İran Körfəzdəki digər qonşu ölkələrlə - BƏƏ və Küveytlə də diplomatik münasibətləri genişləndirməyə başlayıb. Abdullahiyanın sözlərinə görə, yaxın zamanlarda Birləşmiş Ərəb Əmirlikləri və Küveyt dövlətləri Tehrana öz səfirlərini göndərəcəklər.

Hürr Tərcüman