Səudiyyə Ərəbistanı ilə İranın XİN rəhbərləri görüşəcəklər
Hurriyyet.az xəbər verir ki, aprelin 6-da İran ilə Səudiyyə Ərəbistanının diplomatik missiyalarının rəhbərlərinin Çinin pytaxtı Pekin şəhərində görüşəcəyi gözlənilir. Bu barədə mətbuata məlumatlı mənbələr informasiya verib. İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan ilə səudiyyəli həmkarı Feysal bin Fərhan əl Səud arasındakı danışıqların əsas mövzusunun iki ölkə arasındakı münasibətlərin normallaşdırılması, diplomatik əlaqələrin bərpası, səfirliklərin yenidən açılması olacağı deyilir. Nazirlər ötən həftə telefonla əlaqə saxlamışdılar. İran tərəfi yaxınlarda nazirlər arasında görüş keçiriləcəyini, lakin görüş yerinin hələlik müəyyənləşdirilmədiyini bəyan etmişdi.
Xatırladaq ki, Tehran ilə Ər Riyad təmsilçiləri mart ayında Pekində görüşdükdən sonra 7 il əvvəl dayandırılmış diplomatik əlaqələrin bərpa ediləcəyini elan etmişdilər.