Səudiyyə Ərəbistanı ilə Livan arasında gərginlik
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın SPA rəsmi informasiya agentliyi Livanın Riyaddakı səfirindən 48 saat içərisində krallığı tərk eləməsinin tələb olunduğunu bildirib.
Səudiyyə Ərəbistanı Livanın İnformasiya naziri Corc Kardahinin vəzifəyə keçməmişdən əvvəl Yəmən ilə bağlı açıqlamalarına etirazını bildirmək üçün belə addım atıb.
Riyad Livandakı səfirini məşvərət üçün ölkəsinə çağırıb və Livan səfirindən 48 saat içərisində krallığı tərk eləməsini tələb edib. Krallığın və Səudiyyə xalqının təhlükəsizliyini qorumağın əhəmiyyəti səbəbindən Livandan Səudiyyə Ərəbistanına bütün idxalın dayandırılması və bu məqsədə çatmaq üçün bir sıra başqa tədbirlərin də görülməsi qərara alınıb.
Livanın İnformasiya naziri Kordahi vəzifəyə keçməzdən əvvəl iştirak elədiyi verilişdə Yəməndəki husilərin özünümüdafiə üçün döyüşdüklərini və Səudiyyə Ərəbistanının bu ölkəyə qarşı hücumlarını dayandırmalı olduğunu, Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmənə qarşı xaricdən müdaxilə elədiklərin bildirmişdi.
Hürr Tərcüman