Səudiyyə Ərəbistanı İranı hədələdi: əgər onlar nüvə silahı əldə edərlərsə, tədbir görəcəyik
2022-12-13 14:00:00
Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan İran əleyhinə yeni bəyanatla çıxış edib.
O bildirib ki, əgər İran işlək vəziyyətdə nüvə silahı əldə edə bilsə, “bütün razılaşmalar aradan qaldırılacaq və Fars körfəzinin ərəb ölkələri öz təhlükəsizliklərini təmin etmək üçün tədbirlər görəcək”.
Feysəl bin Fərhan əl-Səudi BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən Ümumdünya Siyasi Konfransında çıxışında İranın nüvə silahına malik olmasının mümkün ssenarisi ilə bağlı sualı cavablandırarkən bu məsələyə toxunub.
Ülviyyə, Hurriyyet.az