Səudiyyə Ərəbistanı İsrailə etirazını bildirib: "Beynəlxalq hüquq pozuntusudur"
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı Qəzza sektorunun cənubunda yerləşən Rəfah bölgəsinə enditilən zərbələrlə əlaqədar İsrailə etirazını bildirib, bunu beynəlxalq hüquq pozuntusu adlandırıb. Bu mövqe Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin bəyanatında əks olunub.
Bəlli olduğu kimi, mayın 27-nə keçən gecə İsrail Rəfah şəhərinə zərbələr endirib. Tal əs Sudan rayonunda, BMT-nin fələstinli qaçqınlara yardım edən Yaxın Şərq agentliyinin anbarının yaxınlığında yerləşən çadır düşərgəsinə azı səkkiz raketin düşdüyü bildirilir. Çadır şəhərciyində yanğın baş verib. Çadırlarda olan adamlar diri-diri yanaraq həlak olublar. WAFA agentliyinin məlumatına görə, hücum nəticəsində azı 40 nəfər həlak olub, onların əksəriyyəti qadınlar və uşaqlardır.
Hürr Tərcüman
