📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı İsraillə bağlı açıqlama verib

2024-02-07 10:43:37

Səudiyyə Ərəbistanı İsraillə bağlı açıqlama verib

Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanı yalnız müstəqil Fələstin dövləti yaradılandan sonra İsrail ilə diplomatik münasibətlər qura biləcəyini bəyan edib. Bu barədə bəyanatı Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların rəhbərliyinə təqdim edib. 
Açıqlamada deyilir: "Krallıq ABŞ administrasiyasına öz qəti mövqeyini bildirib - 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti tanınana qədər, Qəzza sektorunda İsrail təcavüzünə son qoyulana qədər, İsrailin bütün işğalçı qüvvələri Qəzza bölgəsindən gedənə qədər İsrail ilə diplomatik münasibətlər qurulmayacaq. Fələstin məsələsində, qardaş Fələstin xalqının öz qanuni hüquqlarını əldə eləməsinin zəruriliyi məsələsində Səudiyyə Ərəbistanı Krallığının mövqeyi həmişə sarsılmaz olub". 
Hürr Tərcüman