Səudiyyə Ərəbistanı Məşhəddə konsulluq açır
2023-04-15 11:10:00
Hurriyyet.az “Mehrnyus” agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti İran səfəri çərçivəsində Məşhəddəki Baş konsulluğun yenidən açılması məqsədi ilə aprelin 14-də həmin şəhərə yollanıb.
İran Xarici İşlər Nazirliyinin Məşhəddəki nümayəndəliyinin başçısı Məhəmməd Behişti Səudiyyə Ərəbistanının təmsilçilərini qarşılayıb, görüş zamanı iki müsəlman ölkəsinin diplomatik münasibətlərinin bərpa olunmasının böyük əhəmiyyətə malik olduğunu söyləyib.
Hürr Tərcüman