📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı Qətər-2022-yə vəsiqə qazandı

2022-03-24 22:23:00

Səudiyyə Ərəbistanı Qətər-2022-yə vəsiqə qazandı

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Yaponiya ilə Səudiyyə Ərəbistanının futbol üzrə milli komandaları Qətərdə keçiriləcək 2022-ci il Dünya Çempionatına vəsiqə qazanıblar.

Kvalifikasiya mərhələsinin 9-cu turunda Yaponiya millisi 2:0 hesabı ilə Avstraliya yığmasına qalib gələrək, 21 xalla B qrupunda birinciliyi təmin edib.

B qrupunda Səudiyyə Ərəbistanı 20 xalla ikinci, Avstraliya 15 xalla üçüncü yerdədir. Omanın 11, Çinin 6 xalı var.

Hürr Tərcüman