Səudiyyə Ərəbistanı Rusiyadan yanacaq idxalını iki dəfə artırib
2022-07-15 08:15:00
Hurriyyet.az “Röyters” informasiya agentliyinə istinadla xəbər verir ki, 2022-ci ilin aprelindən iyun ayına qədər ötən dövr ərzində Səudiyyə Ərəbistanı Rusiyadan 647 min ton yanacaq idxal edib. Agentlik bu informasiyanı bazar məlumatlarına və treyderlərin şərhlərinə istinadla verib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən də artıq çoxdur – həmin dövrdə krallıq Rusiyadan 320 min ton yanacaq idxal edib.
Agentlik onu da bildirib ki, hər iki ölkənin nazirlikləri idxalın artım səbəbini şərh eləməkdən imtina ediblər.
Hürr Tərcüman