📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı Sana hava limanını vurdu

2021-12-21 17:17:00

Səudiyyə Ərəbistanı Sana hava limanını vurdu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən nəşrinə istinadən xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin Beynəlxalq Sana Hava Limanına hücum elədiklərini, hücumdan sonra aeroportda BMT-nin nümayəndələrinin və humanitar yardım uçuşlarının dayandırıldığını bildirib. Məlumatı husilərin SABA informasiya agentliyi yayıb.

Səudiyyə Ərəbistanının rəhbərlik elədiyi koalisiya qüvvələrinin açıqlamasında dünən Sana aeroportuda silahlı dron təlimlərinin keçirildiyi 6 nöqtənin vurulduğu xəbər verilmişdi. Koalisiyanın 19 dekabr tarixli açıqlamasında Sana hava limanından Səudiyyə Ərəbistanına silahlı dron hücumları üçün istifadə edildiyi bildirilirdi.

Hürr Tərcüman