Səudiyyə Ərəbistanı: “Şərtlərimiz yerinə yetirilsə, İsrail ilə münasibətlərimiz normallaşacaq”
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla Əl Müəllimi şərtlərinin qəbul ediləcəyi təqdirdə İsrail ilə münasibətləri normallaşdıracaqlarını söyləyib.
Səudiyyə Ərəbistanı Tel-Əvivin 2002-ci ildə təklif edilən Ərəb Sülh Təşəbbüsünə riayət etməsi şərti ilə münasibətləri normallaşdırmağa hazır olduqlarını bildirib. Səudiyyə Ərəbistanı İsrail ilə münasibətləri normallaşdırmaq üçün 2002-ci ildə bu şərtləri irəli sürmüşdü: 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması; fələstinli qaçqınlara öz torpaqlarına qayıdış hüququnun və öz müqəddaratını təyin eləmək hüququnun verilməsi; İsrailin Golan təpələrindən çıxması.
Muallimi “Arab Nyus” nəşrinə müsahibəsində bu şərtlərin həyata keçiriləcəyi təqdirdə, İslam Əməkdaşlığı təşkilatının 57 üzvünün də onların arxasınca gedərək, İsraili tanıyacağını və bu ölkə ilə münasibət quracağını söyləyib.
Hürr Tərcüman