📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı və Küveyt İrana qarşı - “Əl-Durrə qaz yatağının yeganə hüququ bizə məxsusdur”

2023-08-04 16:42:00

Səudiyyə Ərəbistanı və Küveyt İrana qarşı - “Əl-Durrə qaz yatağının yeganə hüququ bizə məxsusdur”

Səudiyyə Ərəbistanı və Küveyt İrana qarşı, “Əl-Durrə qaz yatağının yeganə hüququ bizə məxsusdur” ifadəsi ilə mövqe tutublar. 

“Deutsche Welle” məlumat verir ki, Əl-Durrə qaz yatağı ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda Səudiyyə Ərəbistanı və Küveyt birgə bəyanatında bu yatağın istismar hüququnun yalnız bu ölkələrə məxsus olduğunu bildiriblər. İranın neft naziri Cavad Ouci isə bu bəyanatın qarşısında deyib:

“İran öz hüquqlarının pozulmasına dözməyəcək”.

Sözügedən iki ölkə İran körfəzində dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparmaq üçün İran rəsmilərini dəvət ediblər.

Qeyd edək ki, İran və Küveyt ötən illərdə dəniz sərhədləri ilə bağlı müzakirələr aparsalar da, iki ölkə ortaq bir nəticəyə gələ bilməyib.

Yaxın günlərdə Səudiyyə Ərəbistanının da dəvətinə baxmayaraq, İranın neft naziri bunu təhdidlə cavablayıb.

Ülviyyə, Hurriyyet.az