📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanı iranlı zəvvarlara qadağa qoydu 

2024-06-26 16:03:13

Səudiyyə Ərəbistanı iranlı zəvvarlara qadağa qoydu 

Səudiyyə Ərəbistanı iranlı zəvvarlara qadağa qoydu. “Mashregh News” xəbər verir ki, Səudiyyə Ərəbistanı hökuməti Məkkə və Mədinədə olan iranlı zəvvarların səsverməsinə qarşı çıxıb. 
Məlumata görə, bu hesabla Səudiyyə Ərəbistanında olan 50 minə yaxın iranlı zəvvar prezidentliyə namizədlərə səs verə bilməz.
Bildirilib ki, bir müddət öncə İranın #Seçki_Qərargahının mətbuat katibi Möhsün Eslami bildirmişdi ki, seçki günü çox sayda İran vətəndaşı Həcc ziyarətində olacaq və hökumət iranlı zəvvarlardan səs toplamaq üçün lazımi addımlar atıb.

Ülviyyə, Hurriyyet.az