Səudiyyə Ərəbistanına hücum edildi
2022-02-21 17:45:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Yəməndə hökumət qüvvələrini dəstəkləyən Ərəb Koalisiyasının açıqlamasında İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanına göndərdiyi dronun məhv edildiyi bildirilir.
Koalisiyanın Səudiyyə Ərəbistanının rəsmi SPA informasiya agentliyində dərc edilən yazılı açıqlamasında Yəmənin paytaxtı Sana şəhərindən ölkənin cənubundakı Cazan bölgəsinə PUA ilə hücum edildiyi və həmin dronun Səudiyyə Ərəbistanının HHM sistemləri tərəfindən zərərsizləşdirildiyi xəbər verilir. Açıqlamada husilərin PUA-nı dinc vətəndaşları vurmaq məqsədi ilə göndərdiyi iddia edilir.
Hürr Tərcüman