📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, yaralananlar var

2026-03-08 23:15:47

Səudiyyə Ərəbistanına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, yaralananlar var

Səudiyyə Ərəbistanında yaşayış binasına mərmi düşməsi nəticəsində iki nəfər ölüb, daha 12 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Krallığın Mülki Müdafiə Xidməti "X" sosial şəbəkəsində bildirib.

Bəyanata görə, mərmi Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xərc əyalətində təmir və təmizlik şirkətinə məxsus binaya düşüb.

Ölən və yaralananların Banqladeş, Hindistan vətəndaşları olduğu bildirilir.