📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanına uçuşları ləğv etdilər

2026-10-13 22:35:32

Səudiyyə Ərəbistanına uçuşları ləğv etdilər

Ər-Riyad hava limanına edilən hücumdan sonra Hindistan aviaşirkətləri Səudiyyə Ərəbistanına uçuşları 17 oktyabra qədər ləğv edib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Hindistanın Ər-Riyaddakı səfirliyi məlumat yayıb.

“Air India” və “Air India Express” Ər-Riyad, Dəmmam və Ciddəyə, eləcə də bu şəhərlərdən həyata keçirilən uçuşları dayandırıb.

“Akasa Air” Ər-Riyad və Ciddəyə uçuşları ləğv edib, “IndiGo” isə həmin şəhərləri, eləcə də Mədinəni birləşdirən müəyyən marşrutlar üzrə uçuşları dayandırıb.