📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanında da “Bayraktar” istehsal ediləcək

2023-08-07 11:01:00

Səudiyyə Ərəbistanında da “Bayraktar” istehsal ediləcək

Hurriyyet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Hərbi Sənaye Şirkəti SAMI ilə Türkiyənin “Baykar”şirkəti arasında əldə edilmiş razılaşma əsasında  krallıq ərazisində “Bayraktar Akınçı” hərbi dronlarının istehsalına başlanacaq.

Bu barədə məlumatı SAMI şirkəti öz X ("İks", keçmiş “Tvitter”) səhifəsində paylaşıb.

Qeyd edək ki, "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə ilə imzalanan müqaviləni "Türkiyə Respublikası tarixində müdafiə və aviasiya sahəsində ən böyük ixracat sazişi" adlandırıb.

Hürr Tərcüman