📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanında helikopter qəzası - Ölənlər var

2026-10-18 12:41:01

Səudiyyə Ərəbistanında helikopter qəzası - Ölənlər var

Səudiyyə Ərəbistanında AH-6i tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki ekipaj üzvü həlak olub.

Agentliyin bildirdiyinə görə, qəzaya texniki nasazlıq səbəb olub. Helikopter ölkənin cənubundakı Nəcran bölgəsində yerə düşüb. Hadisənin Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin yurisdiksiyasında olan ərazidə baş verdiyi qeyd olunur.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.