📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə Ərəbistanında Məhəmməd Salahın gününə 500 min dollar veriləcək?!

2023-09-04 14:41:21

Səudiyyə Ərəbistanında Məhəmməd Salahın gününə 500 min dollar veriləcək?!

Hurriyyet.az “Sport-express.ru” portalına istinadla xəbər verir ki, “Əl İttihad” futbol klubunun “Liverpul”un əslən misirli olan forvardı Məhəmməd Salaha təklifinin təfərrüatları mətbuata sızıb. Mətbuata məlumat verən mənbə Səudiyyə klubunun Misir millisinin 31 yaşlı üzvünə 500-600 milyon dollar qazanmaq imkanı verən üçillik müqavilə təklif etdiyini söyləyib. Salaha Səudiyyə Ərəbistanın səfiri rolu üçün imic hüququ veriləcək.

Futbol ulduzunun özünün təklifi qəbul edəcəyi təqdirdə, “Əl İttihad”ın “Liverpul” klubu ilə razılaşa biləcəyi xəbər verilir.

Cari mövsümdə Salah “Liverpul” heyətində iki oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə verib. Klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır. “Tramsfermarkt” portalı futbolçunu 65 milyon avro dəyərində qiymətləndirir.

Hürr Tərcüman