Səudiyyə Ərəbistanından Suriya həmləsi
2023-03-24 12:08:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, 7 illik fasilədən sonra İranla diplomatik əlaqələrini yenidən qurmağa başlayan Səudiyyə Ərəbistanının Suriya ilə də münasibətlərini bərpa edəcəyi iddia edilir.
Məsələ ilə bağlı mətbuata informasiya verən mənbələr Ramazan bayramından sonra Səudiyyə Ərəbistanı ilə Suriyanın öz səfirliklərini qarşılıqlı olaraq yenidən açmağa hazırlaşdıqlarını bildiriblər.
Hürr Tərcüman