Səudiyyə Ərəbistanının ACWA Power şirkəti Tunisdə yaşıl hidrogen layihəsinin inkişafı üçün müqavilə imzalayıb
Dünya ölkələri karbohidhogen əsaslı enerji və yanacaqdan imtina etmə tendensiyasına qoşulur. Səbəb isə iqlimin korlanması və bu məsələnin qlobal miqyasda gündəmə gəlməsidir.
Bir sıra ölkələr yaşıl enerjiyə keçidə hazırlıq görməkdədirlər. Belə ölkələrdən biri də Səudiyyə Ərəbistanıdır. Hətta Səudiyyə Ərəbistanı bu gündəmdə başqalarnı qabaqlamağa çalışır.
Səudiyyə Ərəbistanı Tunisdə yaşıl hidrogen layihəsinin inkişafına dair razılığa gəlib. Belə ki, Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti əsas yaşıl hidrogen layihəsini inkişaf etdirmək üçün Tunis hökuməti ilə anlaşma memorandumu imzalayıb.
İddialı layihə sonradan Avropaya ixrac etmək üçün ildə 600.000 tona qədər yaşıl hidrogen hasil etməyi hədəfləyir.
İstehsal olunan hidrogen Tunisi İtaliya, Avstriya və Almaniya ilə birləşdirəcək SoutH2 boru kəməri ilə ixrac ediləcək.
Ülviyyə, Hurriyyet.az