📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Səudiyyə Ərəbistanının Atatürk pankartlarını qadağan etməsi türkə olan qısqanc münasibətin təzahürüdür" - ZAUR MƏMMƏDOV

2023-12-30 11:05:17

"Unudulmamalıdır ki, islamın indiyə qədər böyük bir coğrafiyalarda qalmasının əsl səbəbi Osmanlı Dövlətinin töhfəsinə görədir"

"Türkiyə superkubokunun ləğv edilməsindən sonra "Qalatasaray", "Fənərbaxça" və Türkiyə Futbol Federasiyası birgə bəyanatla çıxış edib. Açıqlamada final matçının daha sonrakı vaxta təxirə salındığı bildirilib. "Superkubokun təşkilində indiyədək göstərdikləri səylərə görə, Futbol Federasiyasına və ev sahibi ölkənin müvafiq qurum və təşkilatlarına təşəkkür edirik", - deyə bəyanatda vurğulanıb. Oyunun təşkilində bəzi nöqsanlar səbəbindən "Fənərbaxça" və "Qalatasaray" futbol klubları Səudiyyə Ərəbistanı tərəfinin pankartlara icazə verməməsini əsas göstərərək oyuna çıxmamaq qərarı alıblar". Hurriyyet.az-ın məlumatına görə, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.

Politoloq bildirib ki, klub rəsmilərinin açıqlamalarına görə, Mustafa Kamal Atatürkün "Yurtda sülh, cihanda sülh" sözləri yazılan pankart Səudiyyə rəsmiləri tərəfindən qəbul edilməyib: "Qeyd edim ki, ərəb dünyasındakı bir çoxlarından fərqli olaraq Atatürk vaxtilə Fələstinin yanında olmuşdu. Çox güman ki, qadağa türkə olan qısqanc münasibətin təzahürüdür. Unudulmamalıdır ki, islamın indiyə qədər böyük bir coğrafiyalarda qalmasının əsl səbəbi Osmanlı Dövlətinin töhfəsinə görədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az