📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə ilə İran arasında aviareyslər bərpa ediləcək

2023-03-16 14:06:00

Səudiyyə ilə İran arasında aviareyslər bərpa ediləcək

Hurriyyet.az xəbər verir ki, rəsmi icazə verildikdən sonra İrandan Səudiyyə Ərəbistanına aviareyslərin açılması gözlənilir. Bunun sayəsində ölkələr arasında ziyarətgahlara gediş-gəliş asanlaşacaq.

İranın Tasnim nəşrinin yazdığına görə, Ər-Riyad ilə Tehran arasında əldə edilmiş razılaşmanın maddələrindən birində müsəlmanlar üçün müqəddəs məkanlara uçuşların asanlaşması nəzərdə tutulur.

Xatırladaq ki, İran ilə Səudiyyə Ərəbistanı Pekində keçirilən danışıqlardan sonra diplomatikəlaqələri bərpa eləmək barəsində razılaşıblar. Ölkələr arasındakı münasibətlər 2016-cı ildə, Səudiyyə Ərəbistanında şiə din xadiminin edamından sonra Krallığın Tehrandakı səfirliyinə hücumdan sonra pozulmuşdu.

Hürr Tərcüman