Səudiyyə kralı Bəşər Əsədə dəvətnamə göndərdi
Hurriyyet.az Suriyanın rəsmi SANA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının kralı Salman ibn Ədüləziz əl Səud Suriya Prezidenti Bəşər Əsədi Ərəb Dövlətləri Liqasının 32-ci sammitində iştirak eləməyə dəvət edib. Sammitin 19 may tarixində Səudiyyə Ərəbistanının qərbindəki Ciddə şəhərində keçirilçməsi planlaşdırılır.
Dəvətnamə Suriya Prezidenti Bəşər Əsədə Səudiyyə Ərəistanının İordaniyadakı səfiri Naif Əs Sudairi tərəfindən çatdırılıb.
Xəbər verdiyimiz kimi, 12 illik qovulmadan sonra (Suriyada daxili müharibənin başlanması ilə Liqa dövlətləri ondan üz çevirdilər) ötən həftənin sonunda Suriya Respublikası yenidən Ərəb Dövlətləri Liqasına qəbul edilib. Bundan sonra Səudiyyə Ərəbistanı XİN Suriyadakı səfirliyin yenidən açılacağı qərarını bəyan edib.
Qeyd edək ki, Suriya Ərəb Dövlətləri Liqasının əsasını qoymuş ölkələrdən biridir. Liqa 1945-ci ildə qurulub, ərəb dilində danışan 22 ölkə bu təşkilatın üzvüdür.
Hürr Tərcüman