📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyə kralının səhhəti ilə bağlı məlumat

2024-05-20 08:15:26

Səudiyyə kralının səhhəti ilə bağlı məlumat

Hurriyyet.az "Yeni Akit" nəşrinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət başçısı Kral Salmanın vəziyyəti ilə bağlı açıqlama verilib.
Kral Salman bin Əbdüləziz Əl Səud müayinə edilib və ağciyər iltihabı ilə bağlı müalicə ediləcək.
Səudiyyə Ərəbistanının 88 yaşlı kralı Salman bin Əbdüləziz Əl Səudun "yüksək hərarət və oynaq ağrısı" şikayətindən sonra aparılan analizlərdə onun ağciyərlərində iltihab aşkarlanıb. Kral Salmanın Ciddədəki Əl Salam sarayında ağciyər iltihabından müalicə alacağı bildirilib. Kral Salman sonuncu dəfə ötən ilin aprelində müayinə üçün klinikaya yerləşdirilmişdi.


Hürr Tərcüman