📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

​Səudiyyə şahzadəsi Avropanın məşhur klubunu alır

2024-02-09 21:08:11

​Səudiyyə şahzadəsi Avropanın məşhur klubunu alır

Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu İtaliyanın “Roma” klubunu almaq üçün hərəkətə keçib.

Tərəflər arasında danışıqlar aparılır. Məlumata görə, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu “Roma”ya 900 milyon avro təklif edib. “Roma” rəhbərliyinin təklifə qarşı olmadığı deyilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu “Nyukasl Yunayted” və Səudiyyə Ərəbistanında 4 böyük kluba sahibdir. Fonda bağlı fəaliyyət göstərən şirkətlər də iri klubların sahibidir.\\Metbuat.Az