📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səudiyyədən Həcc ziyarəti ilə bağlı şad xəbər

2023-01-10 00:57:00

Səudiyyədən Həcc ziyarəti ilə bağlı şad xəbər

Səudiyyə Ərəbistanı hakimiyyəti 2023-cü ildə Həcc ziyarətinin təşkili zamanı COVİD-19 ilə əlaqədar tətbiq etdiyi məhdudiyyətləri aradan qaldıracaq.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi elan edib.

Üstəlik heç bir yaş məhdudiyyətinin olmayacağı bildirilib.

Qeyd edək ki, bu il Həcc ziyarəti iyunun 26-da başlamalıdır.\\Axar