📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Seutada olan miqrantların sayı açıqlandı

2026-08-13 18:11:25

Seutada olan miqrantların sayı açıqlandı

“İspaniyanın Seuta muxtar şəhərində hazırda 5 minə yaxın qanunsuz miqrant qalmaqdadır”​.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska “El País” qəzetinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda şəhərdə 880-ə yaxın polis və 714 Mülki Qvardiya əməkdaşı fəaliyyət göstərir. Bununla belə, o, Seutada hüquq-mühafizə orqanlarının iştirakının daha da gücləndiriləcəyini əlavə edib.

Xatırladaq ki, iyulun sonunda İspaniya Ali Məhkəməsinin sığınacaq istəmək imkanı vermədən qanunsuz miqrantların dərhal ölkədən çıxarılmasını qadağan etməsindən sonra Mərakeşdən on minlərlə miqrant qanunsuz olaraq Seutaya daxil olub.

Yaranmış vəziyyət Madrid ilə Roma arasında diplomatik münaqişəyə səbəb olub və İtaliya İspaniyanı Şengen zonasından çıxarmaqla hədələyib.