📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şevçenko seçkini uduzdu

2025-04-03 21:55:26

Şevçenko seçkini uduzdu

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko UEFA İcraiyyə Komitəsinə seçkilərdə qalib gələ bilməyib.

Bu barədə qitə futbol qurumunun mətbuat xidməti məlumat yayıb.

Ukraynalı funksioner yalnız Malta təmsilçisini qabaqlayaraq 5 nəfər arasında 4-cü yeri tutub. UFA rəhbərinin lehinə 15, əleyhinə isə 39 səs verilib.

İcraiyyə Komitəsində 2 illik müddət üçün səsvermənin qalibləri müvafiq olaraq İspaniya və İsrail nümayəndələri - Rafael Lusan və Moşe Zuares olub. \\Fanat.Az