📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəxsi aşpazı məşhur aktyorun pəhrizini açıqladı

2023-10-13 23:59:39

Şəxsi aşpazı məşhur aktyorun pəhrizini açıqladı

Avstraliyalı məşhur aktyor Kris Hemsvortun pəhrizi məlum olub.

Hurriyyet.Az axşam.az-a istinadən bildirir ki, aktyorun qidalanmasının sirrini onunla 10 ildir çalışan şəxsi aşpazı Serxio Perez açıqlayıb:

Kris üçün menyu tez-tez dəyişdirilməlidir. O, ya kökəlməli, ya da arıqlamalıdır. Hamısı rollar naminə. Müxtəlif menyuya baxmayaraq, aktyor hər gün sözün əsl mənasında bir sağlam yemək yeyir.

Yeganə etdiyi şey isə, hər gün çiy və bişmiş tərəvəzlər, fermentləşdirilmiş qidalar, qoz-fındıq, toxum və çoxlu sağlam yağlardan ibarət böyük salat, bir steyk və ya böyük bir balıq yeməkdir. Əzələləri üçün isə Kris əlavələr qəbul etmir. Onun sirri zeytun yağı ilə çoxlu qızardılmış ət və tərəvəzdir".

Qeyd edək ki, Kris Hemsvort "Qisasçılar" filminin çəkilişləri zamanı gündə altı dəfə yemək yeyirdi.