Seyfəli poliqonunda partlayış... - MN əhaliyə çağırış etdi
2022-01-11 13:30:00
Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.
Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
"Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - məlumatda qeyd edilib.