📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Seymur Herş: Bayden İsveçin NATO üzvlüyünə razılıq üçün BVF-dan maliyyə vəd edib

2023-07-13 18:34:00

Seymur Herş: Bayden İsveçin NATO üzvlüyünə razılıq üçün BVF-dan maliyyə vəd edib

Bayden İsveçin NATO-ya üzvlüyünün təsdiqi üçün Beynəlxalq Valyuta Fondundan Ərdoğana 11-13 milyard dollar kredit vəd edib. Bunu Amerikalı jurnalist Seymur Herş bildirib.

İsveçin Alyansa daxil olması məsələsində Ərdoğanın qəfil “U” dönüşünün səbəblərini açıqlayan jurnalist bu sövdələşmənin təfərrüatları ilə tanış olan məmura istinad edir.

Türkiyənin keçən fevral zəlzələsində 100 min insan itirib, bərpa edilməli 4 milyon bina var, lakin bu pul tələb edir.

Baydenin himayəsində olan məmur, “Nəhayət işıq ucu görən və ona NATO və Qərbi Avropa ilə yaxşı olduğunu anlayan  Ərdoğandan daha yaxşı nə ola bilər ki?”, deyə atmacasız keçinə bilməyib.

Herş qeyd edir k, bununla belə, onlar Ərdoğanın əhval-ruhiyyəsinin dəyişməsini Amerikanın F-16 qırıcı-bombardmançılarını Türkiyəyə satmağa razılıq verməsi ilə izah etmək qərarına gəliblər.

Ülviyyə, Hurriyyet.az