📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Seyran Hüseynova general-mayor rütbəsi verildi

2026-08-21 17:45:24

Seyran Hüseynova general-mayor rütbəsi verildi

Dövlət Mühafizə Xidmətinin polkovniki Hüseynov Seyran Tofiq oğlunun rütbəsi artırılıb.

Hurriyyet.media xəbər verir ki, “Unikal”a istinadən xəbər verir ki, Seyran Hüseynova general-mayor ali hərbi rütbəsi verilib.

Məlumat üçün bildirək ki, 23 avqust Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramıdır.

Qeyd edək ki, S.Hüseynov 2024-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.