📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Şeytan çarxı”na görə "Kibrit"ə 30 min manat veriləcək

2024-01-17 13:07:57

“Şeytan çarxı”na görə

Dənizkənarı Milli Park ərazisində yerləşən “Şeytan çarxı” kimi tanınan Panorama attraksionuna texniki dəstək xidməti göstəriləcək.

Hurriyyet.az xəbər verir ki, “Ölkə.az”ın məlumatına görə, xidmət “Kibrit.Tech” MMC tərəfindən həyata keçiriləcək.

Xidmətlə bağlı Dənizkənari Bulvar İdarəsi şirkətə 30,444 min manat ödəniş edəcək.