Şeyx Əbdül yenə əməliyyat olunacaq
Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyli növbəti cərrahi əməliyyata hazırlaşır.
Hurriyyet.net xəbər verir ki, aktyor bu barədə Kontekst.az-a açıqlamasında məlumat verib.
Sənətçinin sözlərinə görə, bir neçə gün əvvəl mədə yırtığından əməliyyat olunub.
Aktyor hazırda evdə yataq rejimində müalicəsini davam etdirdiyini və səhhətinin hələ tam qaydasında olmadığını bildirib. Onun sözlərin görə, ayın 28-də gözündən əməliyyat olunacaq.
Xalq artisti əməliyyat xərclərinin ödənilməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirib:
“Əməliyyatımı Heydər Əliyev Fondu üzərinə götürdü və nəzarətdə saxlayır. İkinci əməliyyatımın də xərclərini Fond ödəyəcək. Fondun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Hazırda evdə müalicələrim davam edir. Bronxlarım, ayaqlarım ağrıyır, bir yandan da Parkinson xəstəliyinə düçar olmuşam. Sağlamlığıma qovuşmaq üçün həyatla mübarizə aparıram”.
Şeyx Əbdül Mahmudbəyli çətin günlərdən keçdiyini deyib və dostlarının biganəliyindən gileylənib:
“Dostlarımdan heç kim baş çəkmir, maraqlanmır. Kimin başı, dişi ağrıyırdı, mən hamısına çatırdım. Amma məni yada salan yoxdur. Əməliyyatdan sonra bərpa prosesi var, dərmanlarım var, onların dəstəyinə ehtiyac hiss edirəm. Amma gəlib maraqlanmırlar. İmkanlı dostlarımdan narazıyam”.