📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səyyad Məmmədova vəzifə verildi

2025-02-18 19:45:04

Səyyad Məmmədova vəzifə verildi

Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışırdı.

Həmçinin o, müstəqil “Yeni Era” Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur.