Si Çinpin seçildi – tarixdə ilk dəfə!
2023-03-10 15:22:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Çinin lideri, 69 yaşlı Si Cinpin Milli Xalq Şuraasında yenidən dövlət başçısı seçilərək üçüncü dəfə (2013, 2018, 2023) hakimiyyətin başçısı olub. O, vahid namizəd olaraq yekdilliklə Çin Xalq Respublikasının sədri seçilib. Bununla da o, ÇXR tarixində bu vəzifəyə 3 dəfə seçilən ilk adam olub. Çində üçüncü dəfə dövlət başçısı seçilmək hüququ 2018-ci ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra verilib.
Hürr Tərcüman