Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
2024-01-20 19:10:58
Türkiyəli müğənni Sibel Can iş xanımı Ruhi Əliyevanın dəvəti ilə Bakıya gəlib.
Bu gün ifaçı və iş xanımı Şəhidlər Xiyabanını ziyarət ediblər.
Sibel Can şəhidlərin məzarına güllər düzüb, media nümayəndələrinin suallarını cavablandırıb.
"Bakıya gələdə belə ziyarətlər istəyirəm. Bu dəfə də Ruhi Əliyeva vəsilə oldu. Heç bir zaman unudulmayacaq acıdır. Hamısının məkanı cənnətdir. Bu, əbədi bir acıdır" deyə, Sibel Can bildirib.
Bu gün Ruhi Əliyeva Sibel Canla birgə Şəhidlər xiyabanını və Türk şəhidliyini ziyarət edib.\\Sfera.az