📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Siciliya sahillərindəki əməliyyatda azərbaycanlılar da həbs edilib – 850 milyon dollarlıq kokain...

2023-07-21 14:26:00

Siciliya sahillərindəki əməliyyatda azərbaycanlılar da həbs edilib – 850 milyon dollarlıq kokain...

Hurriyyet.az xəbər verir ki, Siciliya sahillərindəki balıqçı gəmisində rekord həcmdə - 5,3 ton kütləyə və 850 milyon dollar qiymətə malik kokain aşkar edilib. Bu barədə məlumatı İtaliyanın ANSA milli informasiya agentliyi yayıb.

Agentliyin yazdığına görə, insidentdən sonra 20 nəfər, o cümlədən 5 nəfər heyət üzvü həbs olunub.  Həbs edilən digər 15 nəfər Palau bayrağı ilə üzən ticarət gəmisində olub, onların arasında  Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşlarının olduğu xəbər verilir.

Heyət üzvləri isə İtaliya, Tunis, Fransa və Albaniya vətəndaşlarıdırlar.

Hürr Tərcüman